Ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı mötəbər bir tədbir keçiriləcək - İlyas Hüseynov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana 20 illik rəhbərliyi dövründə iqtisadi, siyasi sahədə bir sıra uğurlar əldə olunmuşdur. "

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"İqtisadi sahəyə gəlincə, əlbəttə, yeni iş yerlərinin açılması, yeni istehsal və xidmət müəssisələrinin formalaşdırılması birbaşa olaraq orta və kiçik sahibkarlığım inkişafına xidmət etmişdir. Digər tərəfdən dünyada iqtisadi böhran hökm sürdüyü bir vaxtda Azərbaycan öz iqtisadi dayanıqlığını təmin etmişdir və milli valyuta məzənnəsinin möhkəmləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bütün bunlar, əlbəttə ki, ölkəmizin Cənubi Qafqazda əsas iqtisadi güc mərkəzinə çevrilməsi üçün müsbət dəyişiklikləri ehtiva edir. Şübhəsiz ki, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran mühim məsələlərdən biri Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına inteqrasiyasıdır. İşğaldan azad olunmuş ərazilərin turizm potensialı, faydalı qazıntıları, xidmət sektorunun inkişafı üçün müvafiq potensialın olması həm də qarşımızda yeni üfüqlər formalaşdırır. Eyni zamanda burada kənd təsərrüfatına yararlı sahələrin də çox olması, 30 illik işğal dövründə demək olar ki, bu torpaqların istismar edilməməsi, həm də əlverişli aqrar mühiti formalaşdırır. İnvestisiya iqliminin daha da sağlamlaşdırılması üçün yeni baxışların tətbiqini zəruri edir. Əlbəttə ki, Azərbaycan çox istərdi ki, yeni reallıqlar kontekstində kənar güc mərkəzlərinin sərmayeləri məhz elə işğaldan azad olunmuş ərazilərə yatırılsın. Bu həm yeni "status-kvo"-nun legitimləşdirilməsinə xidmət edəcək, həm iqtisadiyyatın çoxşaxəli inkişafını gücləndirəcək, eyni zamanda həm də ölkəmiz haqqında çox müsbət bir təsəvvür formalaşdırılacaq. Düşünürəm ki, məhz ölkəmizə turizm sektorunda turistlərin cəlb olunması istiqamətində də güclü piar işləri getmişdir. Bu da mənə elə gəlir ki, həm ölkəmizə valyuta axımını təmin edir. Bu gün də bu proses inkişaf edir, eyni zamanda həm də növbəti ildə ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı mötəbər bir tədbir keçiriləcək. Bunun özü də elə Azərbaycan iqtisadiyyatının güclənməsi, valyuta axını və eyni zamanda növbəti illər üçün çox yaxşı investisiya mühitinin gücləndirilməsinə xidmət edə bilər. Burada gənc iqtisadçılar, gənc sahibkarlar da əlverişli startap layihələrini tətbiq edə bilərlər. Çünki, iqlim dəyişiklikləri ilə bağlı dünyada böyük işlər görülür və Azərbaycanın bu sahədə iştirakçılığı da arzuolunandır. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31