Azərbaycan iqtisadiyyatının regionda və dünyada rolu artacaq - İlqar Vəlizadə - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Azərbaycanın makroiqtisadi göstəriciləri son 20 il ərzində müsbətə doğru dəyişdi. Ümumdaxili məhsul bir neçə dəfə artaraq dünyanın orta səviyyəli ölkələrinin həddinə çatıb. Hədəf inkişaf etmiş olan ölkələr sırasına daxil olmaqlar və bunun üçün tədbirlər görülür."

Bu ifadələri Olaylar.az-a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə söyləyib:

"Qeyri-neft sektorunun inkişafı son illər ərzində gözə çarpır və bu proses mühim islahatlarla müşahidə olunur. Digər tərəfdən də enerji sektorunda dəyişikliklər baş verir. Ənənəvi enerji istehsalçılarından olan Azərbaycan artıq qeyri-neft və qeyri-qaz sektorundan əldə olunan enerji istehsaçılarına çevirilir. Yenilənən enerji mənbələrindən daha çox enerji almağa başlamışıq. Yaxın müddətdə ümumi, daxili enerji balansında bu təkrar olunan enerji mənbələrdən əldə olunmuş enerji istehsalının 30% hissəsini təşkil edəcək. Biz vacib enerji ixracatçısına çeviriləcəyik. Azərbaycan regional münasibətlərdə çox aktiv şəkildə iştirak edir. Bunlar hamısı prezidentimiz İlham Əliyevlə bağlıdır. Onun digər ölkələrə səfərləri, əldə olunmuş razılıqlar ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatının regionda və dünyada rolu artacaq. Gələcək illərdə Azərbaycan iqtisadiyyatı regionun aparıcı iqtisadiyyatlarından birinə çeviriləcək. Qarabağın azad olunması və regiondakı genişmiqyaslı quruculuq işlərinin aparılması da buna təkan verəcək. Qarabağ, Şərqi Zəngəzur böyük quruculuq meydançasına çevrilib. Bu proseslərdə xarici şirkətlər də iştirak edir, bu da Azərbaycanın digər ölkələrlə iqtisadi əməkdaşlığını artırır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31