Azərbaycan heç bir dövlətin proqnozlaşdıra bilməyəcəyi səviyyəyə çatıb - Xəyal Bəşirov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Azərbaycanda regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində proqramlar qəbul edilib."

Bu sözləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib:

"Dövlət bir orqanizmə bənzəyir. Bu orqanizmin bir tərəfinin inkişaf edib, digər tərəfinin etməməsi təbii ki, anormal bir vəziyyət yaradacaq. Hesab edirəm ki, vahid orqanizm kimi Azərbaycan dövlətinin bütün istiqamətlərdə inkişafını təmin edəcək, eyni zamanda iqtisadilik baxımından bütövlükdə dövlətin  tam şəkildə inkişaf etdirilməsini təmin etmək üçün regionların da bu prosesdən kənarda qalmamasını mütləq şəkildə reallaşdırmaq lazımdır. Biz bu istiqamətdə də addımlar atmışıq. Bizim bu siyasətimizin məntiqi nəticəsi oldu ki, Azərbaycan günlərin birində digər heç bir dövlətin, hətta  Azərbaycana düşmən olan Ermənistanın da proqnozlaşdıra bilməyəcəyi bir səviyyəyə gəlib çıxdı. İqtisadiyyatı güclü olan dövlət özünün ordusunu da gücləndirir, silah arsenalını da artırır və özünün problemlərinin həlli istiqamətində səfərbər olunarkən bu prosesi uğurla başa çatdırmaq imkanlarını ortaya qoyur. İqtisadi inkişafımızın məntiqi nəticəsi oldu ki, Azərbaycan 2020-ci ildə özünün əsas və ən aktual problemi olan keçmiş Qarabağ münaqişəsinin həllinə nail oldu. Bütün bunlar uğurlu xarici və daxili siyasətin, proqmatik diplomatiyanın məntiqi nəticəsidir. Bir dövlətin rəhbəri həqiqətən də o dövlətin maraqlarından çıxış edirsə, ümummilli mənafelərini qoruyursa, o halda həmin o dövlət mütləq şəkildə inkişaf edəcək və güclənəcək. Onun inkişafının və güclənməsinin qarşısını heç kim ala bilməz. Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında bunu öz timsalında göstərmiş oldu. Əslində biz bu gün atdığımız addımlarla bir daha göstərdik ki, ərazilərimizin işğal altında olan hissəsi ilə işğal altında olmayan hissələri arasında inkişaf baxımından nə qədər fərq var. Ərazilərimiz erməni vandallığına məruz qalmışdı. Həmin ərazilərimiz həm də Azərbaycanın digər regionlarının yaşadığı sosial, iqtisadi inkişafdan kənarda qalmışdı. Bu gün biz həmin o inkişaf modelini işğaldan azad olunmuş ərəzilərdə də tətbiq etmək prosesini reallaşdırırıq. Çox qısa zamanda siyasətimizi uğurla davam etdirərək azad edilmiş əraziləri də bərpa edərək digər regionlarımızın inkişaf səviyyəsinə çatdırılması istiqamətində uğurlu addım atacağıq. Atdığımız bütün addımlara baxmayaraq biz Qarabağ kimi böyük problemimizin olduğunu bilirdik. Qarabağ probleminin mövcudluğu əslində həm Azərbaycanın, həm də ümumilikdə Cənubi Qafqaz regionuna investisiyanın yatırılması üçün çox kövrək şərtlər ortaya qoymuşdu ki, xarici şirkətlər, dünyada nüfuzlu iş adamları məhz o amili nəzərə alaraq Azərbaycana investisiya yatırmağa tərəddüd edirdilər. Biz artıq o problemə son qoymuşuq. Bu meyillərə son qoyduqdan sonra Azərbaycan özünün bütün ərazilərindən xarici beynəlxaq sərmayələrin, investisiyanın yatırılması baxımından çox uğurlu proses reallaşdıra bilər. Gələcəkdə bu günə qədər əldə etdiyimiz uğurun daha çoxunu reallaşdıra bilərik. Bu da regionun inkişafına səbəb olacaq. Orta dəhlizin tam işlək vəziyətə düşməsindən sonra biz bu günə qədər ki maneələri də aşıb iqtisadi baxımdan daha güclü və inkişaf etmiş dövlətə çeviriləcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31