Bu gün Qarabağın yenidən qurulması prosesinə milyardlarla dollar xərclənir - Tural İsmayılov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Cənab Prezidentin hakimiyyəti illərində Azərbaycanda hər sahədə olduğu kimi iqtisadiyyat sahəsində də çox böyük irəliləyişlər əldə edibdir."

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Son 20 il ərzində bütün statistikalarda və iqtisadi rəqəmlərdə Azərbaycan çox böyük və əməli addımlar həyata keçirib. Ölkəmizin reytinqlərdəki mövqeləri bir xeyli yüksələrək ən üst standartlara gəlib çatıb. Bu gün Azərbaycan öz iqtisadi göstəricilərinə görə kifayət qədər vacib nöqtələrdə yer alır. Həm də biz burada mühüm olan iki nüansa nəzər yetirməliyik. Əvvəla 2020-ci ildə qlobal pandemiya bəlası bütün ölkələrdə psixoloji, mənəvi çətinliklərə qarşı həm də iqtisadi anlamda neqativ tendensiyalara səbəb oldu. Azərbaycanın düşünülmüş və rasional siyasəti, eyni zamanda ağıllı iqtisadi proqnozların nəticəsində ölkəmiz qlobal pandemiyanın törətdiyi iqtisadi fəsadlardan üzüağ çıxmağı bacardı. Digər bir nüans isə həm də ondan ibarətdir ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra Qarabağda qarşısında yeni iqtisadi çağırışlar var idi. Bu gün Qarabağın yenidən qurulması prosesinə milyardlarla dollar xərclənir və Azərbaycan heç kimin yardımına ehtiyac duymadan, kənardan heç bir dəstək olmadan bütün bu layihələri həyata keçirir ki, bu da ölkəmizin iqtisadi baxımdan nə qədər stabil olduğunu göstərir. Həmçinin Azərbaycan qarşıdakı illərdə də hədəflərinə və planlarına yeni iqtisadi çağırışlar qoyub. Qarabağdakı quruculuq prosesi bundan sonra da davam edir, yenə bu baxımdan ölkənin qarşısında çağırışlar, hədəflər və xərclər dayanır. Məhz ölkədə  düşünülmüş rasional iqtisadiyyat və iqtisadi siyasət nəticəsində Azərbaycan bu çağırışlara da ən yüksək və maksimum səviyyədə hazırdır. Ölkəmizdə məhz bunun sayəsində dövlət büdcəsinə daxilolmaların sayı da hər keçən gün artır. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31