Son 20 ildə Azərbaycan iqtisadiyyatında ciddi irəliləyişlər oldu.. - Oqtay Qasımov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Son 20 ildə Azərbaycan iqtisadiyyatında ciddi irəliləyişlər olub və Azərbaycan iqtisadiyyatı bir neçə dəfə böyüyüb. " Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"O cümlədən iqtisadiyyatda aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində həm Azərbaycanın Ümumi Daxili Məhsulu ciddi şəkildə artıb, eyni zamanda Azərbaycanın ixrac potensialı böyüyüb, bir neçə dəfə artıb və iqtisadiyyatın neft və qaz sektorundan asılılığı xeyli dərəcədə azaldılıb. Qeyri-neft sektorunun inkişafı ilə bağlı xüsusi proqramlar həyata keçirilir. O cümlədən regionların inkişafı ilə  bağlı Dövlət Proqramı 2004-cü ildən həyata keçirilməyə başlanıb ki, bunun da müəyyən nəticələri artıq ortadadır. Azərbaycanın Ümumi Daxili Məhsulu bu müddət ərzində 4 dəfə artıb. Əhalinin gəlirləri artmaqdadır. Kasıblıq səviyyəsi 50 faizdən, 5 faizə endirilib. Hansı ki, bunlar hamısı 20 il müddətində Azərbaycan iqtisadiyyatında baş verən müsbət tendensiyaların nəticəsi kimi dəyərləndirilməlidir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31