Azərbaycan Türkiyədən “Memat” mina təmizləmə texnikaları alıb
15 Dekabr 2023 16:36 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan ordusu qardaş Türkiyədən "Memat" mina təmizləmə texnikaları da alıb.
Olaylar.az xəbər verir ki, bunu Trend-ə işğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur zamanı açıqlamasında Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov" olmalıdır deyib.
"Xidmətli itlərdən də istifadə olunur. Avadanlıqlarımız müasirləşdirilib. Ərazilərin münalardan və partlamamış hərbi dursatlardan təmizlənməsində dünyanın ən aparıcı avadanlıqlarından istifadə edilir" - deyə idarə rəisi bildirib.
Qeyd edək ki, işğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.