Brüssel və Vaşinqton yenidən vasitəçilikdə aktivləşib
15 Dekabr 2023 14:28 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tutarca, sülh müqaviləsinin razılaşdırılmayan detalları müzakirə ediləcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ümumiyyətlə, Vaşinqtonda görüşə ehtiyac yoxdur: "Ermənistan və ABŞ burada maraqlıdır. Ermənistan tərəfi qoşunların sərhəddən güzgü prinsipi ilə geri çəkilməsi təklifini irəli sürür. Ümumiyyətlə, bu təklif sülh müqaviləsinə salına bilməz. İkinci, Ermənistan Zəngəzurdan maneəsiz giriş-çıxışı verməkdə maraqlı deyil.
Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın qoşunların sərhəddən geri çəkilmək təklifini qəbuledilməz olduğunu vurğuladı. Naxçıvana maneəsiz giriş-çıxış təmin edilməsi də sülh müqaviləsində yer almaya bilər. Bu məsələlər sülh müqaviləsindən sonra müzakirə edilə bilər. Brüssel və Vaşinqton yenidən vasitəçilikdə aktivləşib.
Qeyd edim ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib. Görünür, Azərbaycan tərəfi sülh müqaviləsinin detallarını Türkiyə ilə kordinasiya edir. Bu məsələdə Türkiyəni kənarda qoymur. Ankaranın prosesdə olması, Azərbaycanın mövqeyini gücləndirir və Türkiyə də masada olduğunu mesajını verir".