Sabah MSK-nın iclası keçiriləcək
15 Dekabr 2023 13:43 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə Olaylar.az-a MSK-dan bildirilib.
İclasda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31