Özgə torpağına göz tikən düşmənin heç bir şansı yoxdur- ÖZƏL

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, güclü edib". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimiz yenidən qurulur, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdırlar. Özgə torpağına göz tikən düşmənin heç bir şansı yoxdur və heç bir zaman da olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31