Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan parlaq nailiyyətlər qazanıb- ÖZƏL
15 Dekabr 2023 11:43 Siyasət"Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolu olub". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir: "Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmiz inkişaf yolunda əmin addımlarla irəliləyib, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan parlaq nailiyyətlər qazanıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31