Ramiz Mehdiyev YAP-ın iclasına çağırılmadı - "Səbəbini bilmirəm"
15 Dekabr 2023 11:24 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.
İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə iclasa qatılanlar arasında görünməyib.
Olaylar.az bildirir ki, Ramiz Mehdiyev məsələ ilə bağlı "Unikal"a açıqlama verib:
"Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağolun", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31