İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev o zamandan bəri Azərbaycan dövlətinin müxtəlif istiqamətlərdə, o cümlədən də iqtisadi baxımdan inkişafını təmin edən uğurlu siyasət yürüdür."

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" amilini əldə rəhbər tutan prezident İlham Əliyev Azərbaycanın bütün istiqamətlərdə inkişafını təmin edəcək iqtisadi modelin formalaşdırılması istiqamətində çox ciddi və uğurlu addımlar atır. Məsələn, ayrı-ayrı proqramların qəbul edilməsi, Azərbaycanda neft strategiyası ilə paralel olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının mümkün qədər azaldılması, Azərbaycana investisiyaların yatırılması, o cümlədən də, tranzit ölkə kimi orta dəhliz üzərində yerləşən Azərbaycandan həm logistika məqsədləri üçün, həm də enerji layihələrinin reallaşdırılması üçün çox münbit şəraitin yaradılması istiqamətində addımlar atıb. Son çıxışlarının birində prezident İlham Əliyev qeyd etdi ki, bu illər ərzində Azərbaycana 310 milyard dollarlıq investisiya yatırılıb. Azərbaycandan büdcəsindən dəfələrlə çox olan investisiyanın Azərbaycana yatırılması təbii ki, Azərbaycanın fəaliyyətinə müsbət təsir göstərmədən ötüşə bilməz. Bu, əslində Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi baxımından ən önəmli və əvəzolunmaz rola malikdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31