Ermənistan əgər bunu istəyirsə...- Əli Zülfüqaroğlu-ÖZƏL

"İrəvanın 10 noyabr bəyənatına qarşı yeni sənədlər formalaşdırmaq istəməsi ilə bağlı müxtəlif dönəmlərdə addımlar atıldı.  Məsələn, Qranada görüşündə bu istiqamətdə Ermənistan tərəfi çalışdı ki, müəyyən sənədi əldə etsin və növbəti danışıqlarda o sənədə istinad etsin. İndi də Zəngəzur dəhlizinə qarşı "Dünyanın kəsişməsi" konsepsiyasını ortaya qoyur."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi  şərhçi Əli Zülfüqaroğlu söyləyib:

"Çalışır ki, Zəngəzur dəhlizi deyil, bütün maliyyə xərclərini  Azərbaycan və Türkiyə çəkməklə  Zəngəzur yolu açılsın, eyni zamanda nəzarət Ermənistanda olsun. Təbii ki, bu, nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın maraqları çərçivəsində deyil. Böyük ehtimalla "Dünyanın kəsişməsi" konsepsiyası Qərb layihəsidir və Ermənistan çalışır ki, Azərbaycanın və Türkiyənin maraqlarını deyil, öz maraqlarını Qərbin tezisləri əsasında təmin etsin. Bununla da Aralıq dənizinə çıxmaqla  Avropaya gedən yoldan istifadə etməklə öz iqtisadi imkanlarını artırsın. Təbii ki, ilk növbədə Ermənistan əgər bunu istəyirsə, o zaman Azərbaycanın təkliflərini nəzərə almalıdır.  Zəngəzur dəhlizinin açılması ilə bağlı problem yaratmamalı və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bunun olmayacağı təqdirdə, Paşinyanın təkliflərinin Azərbaycan tərəfindən qəbul ediləcəyi inandırıcı deyil. Paşinyan konstruktiv təkliflər irəli sürmək istəyirsə, o zaman öz iradəsi çərçivəsində hərəkət etməli və Azərbaycanla razılaşdırılmayan məsələləri beynəlxalq normalar  əsasında həll etməli, Türkiyə ilə münasibələri normallaşdırmalıdır. Bununla da öz müstəqilliyini qoruyub saxlamaqla, öz iqtisadi maraqlarını təmin etməlidir. Əks halda Ermənistan tərəfindən irəli sürülən layihələrin heç bir prespektivi yoxdur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31