Azərbaycanın Ermənistanla münasibətləri normallaşarsa, Türkiyənin də normallaşacaq - Hakan Fidan
14 Dekabr 2023 15:36 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyə və Azərbaycan arasında sarsılmaz bağlar var.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı davasında yanında duraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
"Bundan sonrakı dövr sülhlə regionda sabitliyin başlanğıcı olmalıdır. Türkiyə olaraq regionda davaya, qarşıdurmaya gərək qalmadığını düşünürük. Bundan sonrakı yol sülhlə davam etdirilməlidir. Azərbaycan və Ermənistan arasında normallaşma olduğu zaman Türkiyə ilə də Ermənistan arasında normallaşma olacaq",- deyə nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31