Qərbdəki erməni diasporu bəzi ölkələri Azərbaycana qarşı qoyur - Hakan Fidan (YENİLƏNƏCƏK)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ceyhun Bayramovla Cənubi Qafqazdakı məsələləri müzakirə etdik.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, regionda sülh üçün tarixi fürst yaranıb.

"Hazırda bu fürsət çox güclənib. Bütün tərəflər sülh və sabitlik üçün çalışmalıdır. Təəssüf ki, Qərbdə olan erməni diasporu erməni xalqını istismar edib bəzi ölkələri Azərbaycana qarşı qoyur. Bunlarla məşğul olmaq yerinə erməni xalqının qonşuları ilə normal münasibətlər qurması üçün eneerji sərf etmələri daha yaxşı olar", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31