Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin qorunub saxlanması üçün vacib faktordur

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə intensiv fəaliyyəti, yeni imkanlar və perspektivlər məsələsi bugünki görüşdə xüsusi müzakirə edildi.

Olaylar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin qorunub saxlanması üçün vacib faktordur.

"19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra yeni vəziyyət, bu istiqamətdə atılan addımlar, məcburi köçkünlərin geri qaytması və digər məsələlər müzakirə edilidi", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31