Azərbaycan sülh şərtləri üzərində rəyini yaxın vaxtlarda Ermənistana təqdim edəcək - Ceyhun Bayramov (YENİLƏNƏCƏK)

Ermənistanla Azərbaycan arasında münasibələrin normallaşması istiqamətində tarixi imkan yaranıb.

Olaylar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, hazrda Azərbaycan Ermənistandan alınan sülh şərtləri üzərində rəyini formalaşdırır və yaxın vaxtlarda Ermənistana təqdim edəcək.

"Azərbaycan və Türkiyə hesab edir ki, regionda qonşular sülh şəraitində yaşamalıdır. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan da eyni yanaşma ilə addımlar atacaq", - deyə nazir əlav edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31