Hakan bəylə hər bir fürsətdən istifadə edərək, müzakirələr aparırıq - Ceyhun Bayramov

Biz Hakan bəylə hər bir fürsətdən istifadə edərək, beynəlxalq tədbirlər çərçivəsində müzakirələr aparırıq, telefon danışıqları baş tutur. Bugünkü səfər Azərbaycan və Türkiyə arasında gündəliyin nə qədər zəngin olmasının göstəricisidir.

Olaylar.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu il Azərbaycan-Türkiyə münasibətlərində zəngin bir il olub.

"Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn əməkdaşlığmız dünyada bir nümunədir", - deyə nazir əlavə edib.

Nazir bildirib ki, bugünkü görüşdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlq məsələləri müzakirə edilib:

"Eyni zamanda, region ölkələri ilə üçtərəfli və dördtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə etdik. Yaxın aylar ərzində bir neçə üçtərəfli formatda görüşlərimizin keçirilməsi planlaşdırılır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31