Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu köçürəcək
14 Dekabr 2023 15:01 SiyasətErmənistan hökuməti Arazdəyəndəki metallurgiya zavodunu Ararat vilayətinin Ararat kəndinə köçürmək barədə qərar qəbul edib.
Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti bu gün məlumat yayıb.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini bildirib.
Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.
Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31