Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza malikdir- ÖZƏL

"Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza, çəkiyə malikdir. Azərbaycan mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı, ev sahibi kimi aparıcı müstəviyə yüksəlib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyevin sözlərinə görə, Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir: "Təbii ki, Bakının ev sahibliyi ilə keçirilən bu cür tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması məsələləri prioritet mövzulardan olur. Həmçinin ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliği ətrafında geniş fikir mübadiləsi aparılır. Məhz bu kimi tədbirlərin əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması bu məsələlərə beynəlxalq səviyyədə marağın artması ilə müşahidə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31