Azərbaycan ilə Ermənistan komissiyalarının görüşləri ilə bağlı protokolların tərtib olunması qaydası açıqlanıb
14 Dekabr 2023 14:35 SiyasətBaş nazir Əli Əsədov "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti"nin təsdiq edilməsi haqqında qərar imzalayıb.
Olaylar.az xəbər verir ki, reqlamentə əsasən, iclasların və birgə işçi görüşlərin yekunları üzrə protokolların tərtib olunması qaydası açıqlanıb.
İclasların və birgə işçi görüşlərin yekunları üzrə yazılı formada iki əsl nüsxədə rus və ya razılaşma ilə ingilis dillərində protokol tərtib olunur.
Protokol Komissiyaların Sədrlərinin hər ikisi tərəfindən imzalanır.
Protokolda "Konfidensial" qrifi qoyulduğu halda Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxsləri Sədrlər tərəfindən imzalanmış protokollara hər hansı ictimai, rəsmi istinadlardan çəkinirlər.