Ermənistan müstəqil ölkə yox, onun-bunun forpostu olduğuna görə...-Tural İsmayılov- ÖZƏL
14 Dekabr 2023 14:23 Siyasət"Əslində bu gün Ermənistan-Azərbaycan münasibətlərində çox ciddi irəliləyişlərin səbəbləri vasitəçisiz danışıqlıqlar məsələsinin reallaşmasıdır." Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki delimitasiya komissiyalarının Rusiya və Avropa İttifaqı Şurasının moderatorluğu altında bərpa edilməsi ilə bağlı ortaya bir mövqe qoymuşdu. Amma biz görürük ki, bu günə qədər o mövqe ilə bağlı da konkret addımlar atılmır. Nəticədə Azərbaycan-Ermənistan üçüncü tərəf olmadan sərhəddə delimitasiya məsələsi ilə bağlı danışıqlar apardı. Təbii ki, bu həm də o perspektivi reallaşdırır ki, vasitəçisiz danışıqlar üçüncü tərəflərin şərhini istisna edir. Yəni, harda bir vasitəçi varsai, orda mütləq şəkildə hansısa üçüncü tərəfin maraqları ehtiva olunur, öz mövqelərini ifadə edirlər. Bu da nəticədə Azərbaycan-Ermənistan arasında real sülhün və eyni zamanda qarşılıqlı əlaqələrin inkişafının təmin edilməsini çox çətin bir proses halına gətirir. Hesab edirəm ki, bu baxımdan Ermənistan-Azərbaycan arasında vasitəçisiz danışıqlar məsələsi davamlı olmalıdır. Ermənistan müstəqil ölkə yox, onun-bunun forpostu olduğuna görə bu məsələni manipulyasiya etməyə çalışacaq. Təbii ki, müəyyən məsələlərdə yenə üçüncü tərəflərin iki ölkə arasındakı danışıqlarda moderatorluq qismindəki iştirakı anlaşılandır. Amma bütövlükdə tərəflər vasitəçisiz danışıqlara üstünlük verməlidir. Azərbaycan bu məsələdə öz addımını atıb, indi top Ermənistanın üzərindədir. Amma biz görürük ki, Ermənistanda Armen Darbinyan da daxil olmaqla revanşist qüvvələrin bir çoxu bu məsələdə tamamilə fərqli bir mövqe tuturlar və istəyirlər ki, Qərb institutları moderator qismində danışıqlarda iştirak etsin. "