“Təəssüflər olsun ki, bəzi yerdə məmur biganəliyinin şahidi oluruq”- ÖZƏL
14 Dekabr 2023 14:05 Siyasət"Ölkədə bir çox problemlər var ki, onları həll etmək, heç də asan deyildir. Ən adi qaz, su, istilik, yol problemlərini həll etmək qismən mümkün olsa da, hələ də müstəqillikdən bəri həll edilməmiş çox məsələlər qalmaqdadır. Problemlərə dair məsələlərin həlli yollarını hökümətə çatdırmaq üçün siyasi mövqeyimizdən istifadə etməyə çalışırıq". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədirinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bəzən də problemlərin həllini təkliflə çıxışlarımızda çatdırırıq: "Çalışırıq ki, heç olmasa haqsızlıqlara göz yummayıb, problemlərin həllində yardımçı olaq. Amma çöx təəssüflər olsun ki, bəzi yerdə məmur biganəliyinin şahidi oluruq. Demək ölkəni ən sadə problemlərdən çıxarmağın tək yolu, siyasi, iqtisadi, kadr islahatlarının aparılmasındadır. Kadrların yerləşdirilməsi, yenə də tanışlıq, qohumluq əlaqələri ilə həll edilir. Nə qədər ki, siyasi və iqtisadi islahatlar partiyalar arasında paritet əsaslarla aparılmayıb, belə də olacaq".