Bakıda Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı
14 Dekabr 2023 13:44 SiyasətBakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın görüşü başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov türkiyəli həmkarını nazirliyin qarşısında qarşılayıb.
Qeyd edək ki, H.Fidan ölkəmizdə səfərdədir. Bu gün səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu qəbul edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31