Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü güc hesabına bərpa etdi- ÖZƏL

"Ölkə Prezidentinin çağırışında da qeyd olunduğu kimi, Azərbaycan 30 il işğal dövrünü yaşadı. Torpaqlarımızın 20 faizi işğal altında, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətində yaşadı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın sözlərinə görə, soydaşlarımız torpaq həsrətinə son qoyulacağı günü səbirsizliklə gözləyirdilər: "Nəhayət, həmin gün yetişdi. Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü güc hesabına bərpa etdi. 30 ildə dünya güclərinin edə bilmədiyini rəşadətli Ordunuz 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var. Onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin xronologiyasına diqqət yetirdikdə görürük ki, Azərbaycan bütün öhdəliklərin yerinə yetirilməsi üçün səylər göstərir. Sülh müqaviləsi gündəlikdədir. Ermənistan isə yenə də ənənəsinə uyğun olaraq sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün müxtəlif yollara əl atır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31