İrəvan Azərbaycan-Ermənistan delimitasiya komissiyasının reqlamentini təsdiqlədi
14 Dekabr 2023 13:22 Siyasətİrəvan Azərbaycan-Ermənistan delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.
Olaylar.az-ın erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş nazir müavini Mqer Qriqoryan məlumat verib.
Qriqoryan, həmçinin, 2-ci sənədin hazırlanmalı olduğunu və delimitasiyanın hansı prinsip və xəritələr əsasında həyata keçiriləcəyinin bu sənəddə göstəriləcəyini bildirib.
Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhədində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31