Siyasi partiyalar prezident seçkilərinə hansı məqsədlə qatılacaqlar?
15 Dekabr 2023 12:00 SiyasətHədəf növbəti parlament seçkilərinə hazırlaşmaqdır
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərilə əlaqədar qanuni prosedurlara start verilib. Belə ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını ictimaiyyətə təqdim edib. Bu gün ölkədə ən böyük elektorata malik Yeni Azərbaycan Pariyasının İdarə Heyəti rəsmi olaraq prezidentliyə namizədini elan edəcək. Buna baxmayaraq YAP-ın prezidentliyə namizədinin partiyanın sədri və ölkə prezidneti İlham Əliyevin olacağı heç kimdə şübhə doğurmur. Hətta Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını istisna etməyib. İndi əsas məsələ ondan ibarətdir ki, prezident İlham Əliyevin alternativi kimlər olacaq və ölkədə mövcud olan siyasi partiyalar manizədlərini irəli sürəcəklərmi? Siyasi proseslərin təhlili deməyə əsas verir ki, heç şübhəsiz bir sıra partiyalar öz namizədlərini elan edəcəklər. Bununla bağlı ilkin açıqlamalar da var. Ancaq məsələ orasındadır ki, ölkədəki siyasi partiyaların hədəfi prezident seçkilərində qələbə əldə etmək yox, növbəti parlament seçkilərinə hazırlaşmaqdır. Siyasi partiyaların özləri də yaxşı anlayırlar ki, bu prezident seçkilərində onların qələbə şansı sıfıra bərabərdir. Hansısa siyasi blok halında birləşmələrinə, vahid namizəd irəli sürmələrinə, ayrı-ayrı xarici ölkələr və beynəlxalq təşkilatlardan dəstək almalarına baxmayaraq müxalifətin prezident seçkilərində uğur qazanmaları mümkün deyil. Çünki bu seçkilərdən qalib çıxmağı prezident İlham Əliyev haqq edib. Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi prezident İlham Əliyevin adı ilə bağlıdır. Təkcə bu məsələ ölkənin yaxın və uzaq hədəflərini ortaya qoyur və onların həlli üçün dünya ölkələri tərəfindən qəbul eilmiş liderə ehtiyac yaranır. Etiraf edilməlidir ki, dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra təkcə regionda deyil, eləcə də dünyada yeni reallıqların əsasını qoyub. Dünyanın güc mərkəzləri də Cənubi Qafqazda təhlükəsiz məkan və etibarlı lider istəyindədirlər.Yeri gəlmişkən qeyd edək ki, korrupsiyaya bulaşmış ayrı-ayrı parlamentarilər, senatorlar, konqresmenlərin ağızlarının köpükləri heç də təmsil etdikləri dövlətlərin mövqeyi deyil. Onları ölkəmizə qarşı həqarətli danışmağa erməni lobbisinin parası vadar edir. Birmənalı şəkildə qeyd etmək olar ki, İlham Əliyevin yürütdüyü xarici siyasət ölkəmizin müstəqilliyini, işğal altında olan ərazilərimizin geri qaytarılmasını həzm edə bilməyən beynəlxalq qurumların məkrli planlarını darmadağın edəcək. Başqa sözlə, Azərbaycana qarşı birləşmiş korrupsioner kəsimlərin istəkləri sabun köpüyü kimi fiaskoya uğrayacaq.
O da faktdır ki, Azərbaycan hazırda dünyada söz sahibinə çevrilib. Ölkəmizin razılığı olmadan Güney Qafqazda hər hansı layihənin reallaşdırılması qeyri-mümkündür. Dayanıqlı iqtisadiyyata malik olan Azərbaycan Avropanın iqtisadi seqmentində əhəmiyyətli yer tutur, enerji təhlükəsizliyinin vacib elementinə çevrilib. Artıq dünya dövlətləri Azərbaycanın irəli sürdüyü yeni siyasi reallıqların fərqinə varır, ölkəmizi etibarlı siyasi tərəfdaş qismində qəbul edirlər. Şübhəsiz ki, bu inkişafın təməlində İlham Əliyevin uzaqgörən, uğurlu və reallığa əsaslanan daxili və xarici siyasət dayanır. Bax, bu həqiqət sözsüz ki, müxalifətin diqqət nəzərindən yayınmır. Yaxşı anlayır ki, müxalifətin növbədənkənar prezident seçkilərində İlham Əliyevə alternativi yoxdur. Yəni, bu seçkilərdə müxalifət partiyalarının cüzi də olsa səs toplamaq ehtimalı yoxdur. O baxımdan siyasi partiyaların özlərinin varlığını ortaya qoymaq, növbəti bələdiyyə və parlament seçkilərinə hazırlıq məqsədilə seçkilərə qatılacaqları istisna edilmir. Başqa sözlə, prezident seçkilərindəki təbliğat və təşviqat vasitələrindən istifadə edərək parlament seçkilərində nəsə əldə etmək ümidi siyasi partiyaların əsas məqsədi olacaq. Nəzərə almaq lazımdır ki, siyasi partiyalar onu da yaxşı anlayırlar ki, prezident seçkilərindən sonra daxili siyasətdə sürprizlər qaçılmazdır. Ölkədə siyasi islahatların aparılacağı qaçılmazdır ki, bu zaman siyasi partiyalar özlərinə xal qazanmaq şanslarını itirməməlidirlər.
Alim