Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır- ÖZƏL
14 Dekabr 2023 11:35 Siyasət"Bu gün ölkəmiz həyata keçirilən siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun sözlərinə görə, onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir: "Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Məhz cənab İlham Əliyev ölkə Prezidenti, Ali Baş Komandan kimi əsl sərkərdə əzmi nümayiş etdirərək, 30 il erməni işğalında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. İndi həmin ərazilərdə möhtəşəm quruculuq, abadlıq işləri həyata keçirilir".