Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə gəlib. "Olaylar" xəbər verir ki, Rabat Beynəlxalq Hava Limanında nümayəndə heyətini Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri RaşidTalbi El Alami, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər müddətində keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31