Azərbaycanda keçiriləcək prezident seçkilərinin Qafqaz xalqları üçün çox böyük önəmi var- ÖZƏL
14 Dekabr 2023 11:14 Siyasət"Azərbaycanda fevralın 7 də keçiriləcək növbədənkənar prezident seçkilərinin ölkəmiz üçün önəmi çox böyükdür. Əvvəla, Qafqaz pespublikları arasında iqtisadi və diğər baxımdan bizim respublikamız reytinqinə görə çox irəlidədir. Qafqaz regionunda bir qonşu respiblika ilə düşmən mövqeyindəyik". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədirinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq hələ də yetərli qədər insanlarımız öz dədə baba yurdlarına qayıtmayıblar: "Hələ də sülh sazişi imzanmayana qədər onlarla münasibətimiz düzəlməyəcək. Qaldı ki, Gürcüstan Respublikasına, onlarla bizim çox qədimi dostluq, qonşuluq siyasətimiz var. Gürcüstan bizim yarım milyondan artıq soydaşımızın ölkəsidir. Gürcüstanla bizim ortaq beynəlxalq lahiyələrimiz var. Ən böyük neft və qaz kəmərlərimiz Gürcüstan üzərindən Avropaya nəql olunur. Hərbi sahəsində də Türkiyə, Azərbaycan və Gürçüstanla birgə müqavilələrimiz movcuddur. Gürcüstan iqtisadiyyatında Azərbaycanın payı var. SOCAR demək olar ki, Gürcüstan iqtisadiyyatında önəmli yer tutur. Amma bunlara rəğmən Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Qafqaz xalqları üçün çox böyük önəmi var. Dünya düzəni dəyişdiyi bir vaxtda, bizim ölkəyə qarşı açıq-aşkar düşmən mövqe daşıyan bir çox böyük dövlətlərin seçkiyə müdaxiləsi gözləniləndir. Məqsəd bu gün ölkənin stabilliyini pozmaq, Qarabağda qazanilmiş qələbə, Qarabağda gedən işləri əngəlləməkdir. Ən əsası isə Türk birliyinin, Zəfər yolunun açılmasıdır. Bu baxımdan siyasi partiyaların seçkilərdə iştirakı məqbuldur və hər bir partiyanın ən əsas işi seçkilərdə iştirak edib, qalib olmaqdır".