Sülh müqaviləsinin imzalanmasına böyük güclər mane olur

"Sülh müqaviləsinin imzalanmasına böyük güclər mane olur, bu doğrudur. 22 bənd olsun, Azərbaycanın təklif etdiyi beşli yanaşma olsun, bunlar problemin həllinə yönəlik  nəticəni əldə etməyə yardım etmədi. Çünki, böyük ölkələrin maraqları imkan vermədi."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli  bildirib:

"Azərbaycanla Ermənistan ya  Moskvada, ya Qərbdə sülh müqaviləsini əldə etməyə yaxın oldular. 3 il ərzində irəliləyişin əldə olunmaması, de-fakto Ermənistanın sülhdən qaçması prosesi nəticəsində idi. Ermənistan gah revanşizmə qapıldı, gah Rusiya ilə keçmiş problemlərin çözülməsinə yönəlik yeni bir axtarışlara keçdi. Azərbaycanın son təklif etdiyi ikili yanaşma və bu gün iki tərəfin də həyata keçirdiyi əsir mübadiləsi daha uğurlu bir formatın tapılması nöqteyi-nəzərindən daha cazibəli görünür. Sülh sazişinin imzalanması yenə də iki dövlətin özünün təşəbbüsü ilə, öz sərhəddində ikitərəfli -Bakı, İrəvan formatı olmaqla keçirilməsi daha məqsədəuyğun sayılır. Bu gün də Ermənistan tərəfindən qoşunların sərhəddən geri çəkilməsi məsələsi qaldırılıb. İlk olaraq təhlükəsizlik faktoruna baxmaq lazımdır ki, Ermənistan mövqelərində səmimi olduğu qədər bunu əməllərində də göstərməlidir. Fransa ilə silahlanmamalıdır, müharibəyə, revanşa aparacaq addımlar atmamalıdır, amma biz bunu görmürük. Ona görə də, belə qlobal güclərin nə qədər ki, maraqları var, nə qədər ki, Ermənistan bu güclərin sayəsində manipulyasiya edə bilir, o qədər də biz yaxın perspektivdə hələ ki, sülhü görə bilmirik. Proseslərdə hər an hər şeyin dəyişə biləcəyi bir istiqamət mümkün ola bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31