Ermənistan haqqında qərar vermək hazırkı Ermənistan hakimiyyəti üçün deyil-Ramiz Alıyev- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Paşinyan başda olmaqla hazırda hakimiyyətdə olan şəxslər əgər Ermənistanın və Ermənistan xalqının gələcəyini düşünürsə, sülh müqaviləsinin imzalanmasına getməlidir və  Azərbaycanla bu müqaviləni bağlamalıdır."

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib:

"Həm süpergüclər, həm də xüsusi ilə  qeyd etməliyik ki, Ermənistana himayədarlıq edən, təxribata sürükləyən Qərb və Fransa imkan vermir ki, Ermənistan sülh müqaviləsini imzalamağa getsin, regiona sülh və sabitlik gəlsin. Bunun qarşısını almaq üçün müxtəlif variantlardan da istifadə etməyə çəkinmirlər. Fransa Ermənistana müxtəlif növ silahlar verməklə, Ermənistanın hərbi arsenalını zənginləşdirməklə regionda yeni təxribartların baş verməsinə dəstək olur və Ermənistanı sülh müqaviləsindən çəkilməyə sövq edir. Müqavilə bağlanacağı təqdirdə belə, müqavilənin bağlanma müddətini uzatmağa çalışırlar. Bir neçə aya, hətta illərə belə uzatmağa çalışırlar ki, Ermənistanla  Azərbaycan arasında  sülh müqaviləsi bağlanmasın, regionda sülh və sabitlik yaranmasın. Bunu açıq-aşkar həm  Azərbaycan, həm də Ermənistan siyasətçiləri və eyni zamanda dünyanın bir çox ölkələrindən olan siyasətçilər bildirirlər ki, bunlar hamısı göz önündədir. Hesab edirəm ki, Ermənistan daha yaxşı düşünməli və görməlidir ki, bu proses ən çox Ermənistana zərər verəcək. Ermənistan bu cür təxribatçılığa getdikcə daha da böyük zərbələr alacaq. O ki qaldı erməni siyasətçisi Argişti Kiviryanın söylədikləri ilə diqqətləri başqa yerə çəkməsinə, erməni siyasətçisi dolayısı ilə demək istəyir ki, Ermənistan rəhbərliyi öz işini bacara bilmir və Ermənistan haqqında qərar vermək hazırki Ermənistan hakimiyyəti üçün deyil. Ermənistanın taleyi ilə bağlı qərarlar kənardan verilən tapşırıqlar əsasında həyata keçirilir. Əslində doğru deyir, ancaq bunu Azərbaycana şamil etmək doğru deyil. Azərbaycan müstəqil siyasət yürüdür və son illərdə də göründüyü kimi Qərb dövlətlərinə qarşı hansı mövqedə durduğunu göstərdi. Sonda süpergüc deyilən dövlətlərin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng edərək onunla məsləhətləşdi və icazə alaraq öz köməkçisini cənab prezidentin yanına görüşə göndərdi. Bunu Ermənistan edə bilərdimi? Əlbəttə edə bilməz. Ermənistanın edə biləcəyi yeganə məsələ Qərbin tapşırıqlarını yerinə yetirərək regiondan kənarda, uzaq olan qüvvələrin dəstəyini alaraq region dövlətləri ilə münasibətləri korlamaqdır. Bu təbii ki, yalnışdır və Ermənistan üçün, region üçün heç bir müsbət təsir göstərməyəcək. Bunlar ancaq zərər verə biləcək işlərdir. Biz bu məsələri çox yaxında Ukraynanın başına gətirilən bəlalardan görə bilirik. Hal-hazırda dünyanın ən gözəl ölkələrindən biri olan Ukraynanın hansı vəziyyətdə olduğunu ürək ağrısı ilə müşahidə edirik. Hansı ki, Ukrayna ilə Rusiya çox yaxşı münasibətləri olan, qardaş ölkə olan dövlətlər, xalqlar idi. Bu gün Rusiya-Ukrayna müharibəsi aylardır ki, davam edir və ən çox zərəri Ukrayna görür. Şəhərlər dağıdılıb, insanlar, uşaqlar, qadınlar həlak olur və Ukrayna demək olar ki, məhv olmaq üzrədir. Xalq olaraq məhv olub. Qərb isə öz istəklərinə çatmaq üçün Ukranyanı qurban verdi. Növbəti qurban olaraq Ermənistanı hazırlayırlar. Ermənistan bunu anlamalıdır ki, Qərb heç vaxt gəlib Ermənistanın yerinə hansısa müharibədə döyüşməyəcək, xalqını sakitləşdirməyə kömək etməyəcək. Ermənistan xalqı da bir müddətdən sonra ayağa qalxacaq və hazırki hakimiyyəti devirəcək. Görünən odur ki, Ermənistan qonşu dövlətlərlə münasibətlərini çox bərbad günə salıbdır. Azərbaycanla məlum məsələdir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayıb və düşmənçilik mövqeyindədir. Türkiyə ilə ərazi iddiaları və qondarma soyqırımı məsələsini qaldıraraq düşmənçilik yaradır. Bu gün Rusiya ilə Qərbin tapşırıqlarına əsasən düşmənçilik mövqeyindən çıxış edir, zaman-zaman Gürcüstana qarşı ərazi iddiaları qaldırır. İran hər bir zaman Ermənistana dəstək olan bir ölkədir. ABŞ-nin hərbiçiləri ilə təlim keçərək İrana qarşı səlahiyyətsizlik nümayiş etdirib. Ermənistanın başqa hansı qonşu dövləti qaldı ki, münasibətlərini korlamasın? Buna görə də, hesab edirəm ki, Ermənistan hakimiyyəti daha yaxşı düşünməli və Ermənistan xalqı da hazırki hakimiyyətdən tələb etməlidir ki, ölkəsinin milli təhlükəsizliyini hansısa Qərb ölkələrinin tapşırıqlarına, istəklərinə qurban verməsin. Müqavilənin bağlanması ilə neçə bənddən ibarət olmasından aslı olmayaraq, Azərbaycanın qoyduğu şərtlər əsasında bağlanacaq.  İstənilən süpergüc buna müdaxilə edə bilməz. Azərbaycanın istək və arzularına əsasən bu müqavilə bağlanmalıdır. Azərbaycanın da istək və arzuları hər hansısa ölkənin ərazisinə müdaxilə etmək, ərazi iddiası etmək deyil. Azərbaycan Ermənistanın ərazi bütovlüyünü tanıyıb, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu şərtlər əsasında sərhədlər müəyyən olunmalı, delimitasiya və demarkasiya prosesləri həyata keçirilməli, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.  Burada başlıca məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Hansı ki Ermənistan 2020-ci il noyabr bəyanatında həmin sənədə imza atıb, onu yerinə yetirməlidir. Bunlardan sonra Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlana bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31