“Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü kimi səciyyələndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini yaratdı: "Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil edildi. "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi və növbəti mərhələlərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Bununla müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən ən mühüm vasitə əldə olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31