Azərbaycanın multikultural dəyərlərə malik bir dövlət olduğu təkzib edilməz faktdır - ÖZƏL
13 Dekabr 2023 14:07 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanın demokratik, tolerant, multikultural dəyərlərə malik bir dövlət olduğu təkzib edilməz faktdır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. Bildirib ki, bunu ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi başa çatdıqdan sonra növbədənkənar seçkilərin keçirilməsinə dair qərar verilməsi bir daha təsdiq etdi: "Təbii ki, bununla dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkan və ədalətli rəqabət mühiti yaradılmış oldu. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilərin keçiriləcəyi 60 gün müddətində bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Bir sözlə, potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün növbədənkənar Prezident seçkiləri universal fürsətdir. Yaradılmış belə şəraitdə seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq yalnız qərəzli mövqe kimi dəyərləndirilə bilər".