Keçmiş Qarabağ separatçılarının həbsdə qalması Paşinyanın marağındadır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağın keçmiş separatçı rəhbərlərini Azərbaycanla məhbus mübadiləsində dəyişmək fikrində deyil. Bu, Ermənistan hökumətinin gündəliyində deyil. Azərbaycanın iki hərbi əsiri geri qaytarılandan sonra, Ermənistanda azərbaycanlı əsir qalmayacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İki dövlət arasında sülh müqaviləsinin bağlanmasından sonra yerdə qalan erməni məhbuslar geri verilə bilər. Amma, bu Arayik Arutunyan, Samvel Babayan, Arkadi Qukasyan və digərləri həmslərini Azərbaycanda keçirəcək. 
Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan separatçıları özünə qarşı potensial rəqib görür. Onlar Ermənistana verilsə, siyasi proseslərə qatılacaq və ittifaq yaradıb, N. Paşinyana qarşı kifayət qədər güclü birlik ortaya qoya bilərlər. Ona görə də keçmiş Qarabağ separatçılarının həbsdə qalması N. Paşinyanında marağındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31