Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi- ÖZƏL
13 Dekabr 2023 12:18 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı". "Olaylar" xəbə verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib: "Ulu öndər Heydər Əliyev Gəncədə baş vermiş silahlı üsyanın və ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsası qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Məhz Heydər Əliyevin zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə aparırdı. Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi".