Milli Məclisin deputatı Serbiyada seçkiləri izləyəcək
13 Dekabr 2023 11:07 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dekabrın 14-də ölkənin paytaxtı Belqrad şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Azay Quliyev cari ildekabrın 17-dəSerbiya Respublikasında keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. Deputat müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.
Səfər dekabrın 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31