Prezident İlham Əliyevin qətiyyəti sayəsində regionda yeni reallıq yaranıb- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Prezident İlham Əliyevin qətiyyəti sayəsində regionda yeni reallıq yaranıb. Azərbaycan artıq diktə edən güclü və qalib tərəf kimi proseslərin sülh müstəvisində həllində maraqlı olduğunu nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, bununla yanaşı mövcud regional geosiyasi vəziyyəti obyektiv şəkildə dəyərləndirilir: "Rəsmi Bakı bu siyasi strategiyaya uyğun olaraq regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslərlə çıxış edir. Azərbaycan regionda kommunikasiya xəttlərinin, bu xüsusda Zəngəzur dəhlizinin açılmasının bütövlükdə bölgədə canlanmaya səbəb olacağını təbliğ edir. Bütün bunlar isə sülhün və sabitliyin daha etibarlı təminatı üçün məhz bu kimi əlaqalərin daha geniş spektorda qurulmasını zərurətə çevirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31