Dövlət Gömrük Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

Olaylar.az xəbər verir ki, dekabrın 12-də paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, eləcə də gömrük xidmətinin inkişaf etdirilməsində böyük əməyi olan dahi rəhbərin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31