Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin məzarını ziyarət edib.

Ombudsman Aparatından Olaylar.az-a verilən məlumata görə, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31