Bu qərarlar Azərbaycana genişmiqyaslı dividentlər gətirir-Sahil Kərimli- ÖZƏL
12 Dekabr 2023 18:00 Siyasət"Azərbaycanın COP29-a evsahibliyi etməsi, həmçinin GUAM-a sədrliyin Azərbaycana keçməsi barədə qərarlar ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. Azərbaycan son illər bir çox önəmli beynəlxalq tədbirlərə evsahibliyi edib və bununla da dünyadakı öz yerini və nüfuzunu daha da möhkəmləndirib."
Bu fikirləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Bütün bunlar, həmçinin beynəlxalq aləmin, dünya birliyinin Azərbaycana olan inamı və etimadından irəli gəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu, qətiyyətli siyasi iradəsi və sözü ilə əməlinin daim üst-üstə düşməsi ölkəmizin nüfuzunu durmadan artırır, Azərbaycana güvəni daha da möhkəmləndirir. Bu qərarlar, həmçinin Azərbaycana genişmiqyaslı dividentlər gətirir. Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaş kimi tanınıb və dünyada güc sahibinə çevrilməkdə davam edir. Azərbaycan Qoşulmama Hərəkatına rəbhərlik etdiyi müddətdə də beynəlxalq aləmin diqqətini özünə kifayət qədər cəlb edə bildi. Ölkəmiz bu hərəkatın möhkəmləndirilməsinə, dünyada nüfuzunun artırılmasına əvəzsiz töhfələr verdi. Əminliklə demək olar ki, bu uğurlu siyasi kurs növbəti illərdə də davam etdiriləcək və qarşıya qoyulan hədəflərə doğru layiqincə addımlar atılacaq."