Ulu Öndərin qoyduğu iz tarixi bir aspektdə həmişə alimlər tərəfindən, xalq tərəfindən çox yüksək qiymətləndiriləcək-Fikrət Sadıqov- ÖZƏL
12 Dekabr 2023 16:33 Siyasət"Ulu Öndərin hələ Azərbaycana rəhbərliyi dövründə Xarici İşlər Nazirliyində işləyərək, onun diplomatik addımlarının, iradəsinin şahidi olmuşam." Bu fikirləri politoloq Fikrət Sadıqov Olaylar.az-a açıqlamasında bildirib:
"O zaman təbii ki, Azərbaycanın xarici siyasəti yox idi. Amma o həmişə xarici qonaqlara deyirdi ki, "Azərbaycanın müxtəlif sahələrdə, istiqamətlərdə xarici əlaqələri var. İstər elmi, istər mədəni, istər idman, istər iqtisadi və s." Yəni, bu istiqamətdə, Azərbaycanın tanınmasında, dünya səhnəsində Azərbaycana müəyyən hörmətlə yanaşılması və Azərbaycanın yüksək qiymətləndirilməsində Heydər Əliyevin rolu artıq dərəcədə böyükdür. Əlbəttə, suveren, müstəqil dövlət olan Azərbaycanın yaradıcısı, onun bünövrəsini qoyan, ölkəmizi inkişaf etdirən Ulu Öndər həmişə çalışırdı ki, Azərbaycanın maraqlarına cavab verən addımlar atsın. Təsadüfi deyil ki, bunu həmişə öz ifadələrində və konkret praktiki addımları ilə təsdiq edirdi. Bunu biz müxtəlif konfranslarda, forumlarda, rəsmi səfərlər zamanı görmüşük. Bu özü-özlüyündə o deməkdir ki, Azərbaycanın bir sıra problemli məsələlərinin həllində onun rolu əlbəttə indiyə qədər tarixi bir faktdır. Mən düşünürəm ki, bundan sonra da Ulu Öndərin qoyduğu iz tarixi bir aspektdə həmişə alimlər tərəfindən, xalq tərəfindən çox yüksək qiymətləndiriləcək. "