Heydər Əliyevi ehtiramla anırıq - ÖZƏL

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidentindən İlham Əliyevə məktub

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta Ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibətiylə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda qeyd olunur:

"Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Bu il də Azərbaycan xalqı və dünya azərbaycanlıları müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin vəfatı münasibəti ilə onun əziz xatirəsini böyük ehtiramla 
anırlar. 
Azərbaycanın dahi oğlu Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yox olmaq təhlükəsindən 
qurtarıb, onun müstəqilliyini əbədi etməklə bütün dünya azərbaycanlılarının ürəyində özünə
sonsuz məhəbbət və silinməz iz buraxmışdır. Dünya azərbaycanlıları bu gün müstəqil 
Azərbaycanın inkişafı, güclənməsi və öz ərazilərini bərpa etməsinə görə Ümummilli Liderə və sizə borcludur. Siz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirərək, 
Azərbaycanı öz tarixinin ən güclü ölkəsinə çevirdiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan 30 il işğal altında olan ərazilərini azad edərək, BMT Təhlükəsizlik Şurasının 3 qətnaməsini 
təkbaşına icra etdi. Sizinlə bütün dünya azərbaycanlıları fəxr edir, sizi öz prezidenti və lideri hesab edir.
Artıq üçüncü ildir ki, Azərbaycanın bütün ərazilərində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İnanırıq ki, bu uğurlar Ümummilli Lider Heydər Əliyevin də ruhunu şad etmişdir. 
Allahdan sizə və Azərbaycanımıza yeni nailiyyətlər və ulu öndər Heydər Əliyevə rəhmət diləyirik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31