Ümummilli Liderin ideyaları bugünki Azərbaycanın inkişafında böyük rol oynayır-Elmir Səftərov- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar hər il Azərbaycanda müxtəlif tədbirlər keçirilir, mühüm qərarlar verilir. Bu səbəbdən dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan insan izdihamı Ulu Öndərin xatirəsinə olan ehtiramdan xəbər verir." 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Elmir Səftərov qeyd edib:

"Azərbaycan xalqının bu davranışı Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmadığı anlamına gəlir. 
Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdi. Bu səbəbdən də cari ildə Azərbaycanda və xarici ölkələrdə Ulu Öndər Heydər Əliyevlə bağlı beynəlxalq konfranslar keçirildi, müəyyən layihələr icra edildi və humanist qərarlar qəbul olundu. Bunlardan biri də "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamdır ki,  801 məhkum əfv olundu. Sərəncam şamil edildiyi insanların sayına görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Həmçinin Azərbaycan dövlətinin öz insanına verdiyi dəyərin təzahürüdür. 
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri də Qarabağın düşmən işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Bu gün isə artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Ulu Öndərin bu arzusunu və vəsiyyətini isə onun layiqli davamçısı Prezident İlham Əliyev yerinə yetirdi. Hazırda isə Üçrəngli Bayrağımız Azərbaycan Respublikasının bütün şəhər, rayon, kənd və qəsəbələrində dalğalanır. Bu gün işğaldan azad olunmuş ərazilərimiz dirçəlir, insanlar öz yurdlarına qayıdırlar, torpaqlara yeni nəfəs gəlir. Ümumilli Liderin ideyaları isə bugünkü Azərbaycanın inkişafında böyük rol oynayır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31