GUAM-a sədrliyin Azərbaycana keçməsi böyük təbliğat imkanları açır-Elçin Xəlidbəyli- ÖZƏL

"Azərbaycan son illərdə beynəlxalq tədbirlər keçirtmək taktikasını siyasi-diplomatik fəaliyyətin önəmli tərkib hissəsi kimi qəbul edir."

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib:

"İndiyə qədər rəsmi  Bakı  Azərbaycanda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu, Azərbaycanın beynəlxalq piar kampaniyasında böyük önəm daşıyır. Rəsmi Bakı belə beynəlxalq tədbirlər vasitəsilə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağa çalışır və bu istiqamətdə artıq böyük uğurlar da qazanıb.
İndiyə qədər Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi rəsmi Bakıya beynəlxalq tərəfdaşlar tapmaqda geniş imkanlar açıb. Rəsmi Bakı Azərbaycanın beynəlxalq dəstəyini gücləndirilməyə nail olub. Üstəlik, Azərbaycan erməni diasporunun təbliğatm imkanlarını məhdudlaşdırıb, informasiya blokadasını yara bilib.
Bütün bunları nəzərə aldıqda, COP 29-un növbəti toplantısının Bakıda keçirilməsi barədə qərarın ardınca, GUAM-a sədrliyin də Azərbaycana keçməsi yenə də böyük təbliğat imkanları açır. Azərbaycanın beynəlxalq təsir mexanizmlərini daha da artırmış olur. Bu baxımdan, rəsmi Bakının bütün bu önəmli fürsətlərdən Azərbaycanın siyasi-diplomatik maraqları və beynəlxalq təbliğat məqsədləri çərçivəsində maksimum səviyyədə istifadə edəcəyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, rəsmi Bakının Azərbaycanın beynəlxalq təsir mexanizmlərini artırmaqda olduğu açıq-aşkar müşahidə olunur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31