Heydər Əliyevin idealları indiki və gələcək nəslin fəaliyyətinin şüarıdır-Şəbnəm Həsənova- ÖZƏL
12 Dekabr 2023 15:14 Siyasət"Tarixdə elə şəxsiyyətlər var ki, onlar haqqında yazarkən, danışarkən zaman və məkan məfhumlarını unudursan." Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Belə dahi şəxsiyyətlərdən biri xalqımızın qəlbində taxt quran, dərindən iz buraxan Ümummilli Liderimiz Heydər Əliyevdir. Çünki bu dahi şəxsiyyət öz taleyini xalqın taleyinə qurban verməklə özündən sonra böyük bir epoxanın başlanğıcını qoydu. Heydər Əliyevin idealları və ideyaları həm də indiki və gələcək nəslin fəaliyyətinin şüarıdır. Çünki bu fəaliyyət Vətənə, torpağa, soykökə, milli birliyə, həmrəyliyə yönəlib, bu fəaliyyət dövlət və dövlətçilik ənənələrinə xidmət edir, əsas yaradır, stimul verir. Vətən müharibəsinə qədər hər vəchlə Azərbaycan xalqına məğlub damğasını vurmağa, sırımağa çalışan şər qüvvələrə xalqımız göstərdi ki, əslində, biz necə xalq, necə millətik. Torpağı uğrunda canından bir göz qırpımında keçən bu xalq Heydər Əliyevin siyasi irsinə də, kursuna da sadiqdir. Xalq bir daha gördü ki, bizi zəfərə kökləyən fundamental amil Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi oldu. Məhz bu məfkurə dəmir yumruğumuzu daha möhkəm, daha sərt etdi. Ümummilli Lider Heydər Əliyevin ideallarını rəhbər tutaraq xalqımıza Zəfər bəxş edən liderimiz cənab İlham Əliyevin siyasəti bu gün də tam, monolit şəkildə dəstəklənir. Məhz bunun nəticəsidir ki, bütün xalq qarşıdan gələn Zəfər seçkilərini böyük bir intizar, sevinc, şölən ilə gözləyir. Ümummilli Lider Heydər Əliyev idealları sarsılmazdır, dönməzdir, məhz müstəqilliyimiz kimi!"