Zəngəzur dəhlizi ilə bağlı simpozium keçiriləcək
12 Dekabr 2023 14:36 SiyasətMilli Məclisin deputatı Ramil Həsən dekabrın 13-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə deputat "Zəngəzur dəhlizi: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə təsiri" mövzusunda İstanbul Bilgi Universitetində keçirilək simpoziumda iştirakedəcək.
Səfər dekabrın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31