İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev yolunun uğurlu davamını təmin etdi. Xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verərək Heydər Əliyev siyasətinin davamını istədi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Nurlan Həsənovun sözlərinə görə, son 20 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir: "Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən Qarabağ münaqişəsinin həllini fəaliyyətinin əsas hədəfi kimi müəyyənləşdirdi, xalqın və dövlətin bütün potensialını bu məqsəd uğrunda səfərbər etdi. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi  ilə  şərəfli yol keçdi. Dövlətimizin başçısı ölkənin sürətli inkişaf məqsədlərini işğal edilmiş torpaqların azad olunmasının əsas meyarı kimi müəyyənləşdirdi. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə suverenliyimiz tam təmin olundu. Bu gün böyük qürur hissi ilə qalibiyyət rəmzi olan üçrəngli bağrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və bütün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasından danışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31