Ulu Öndər Türk dünyasının yeni erasını başladan böyük qurtuluş sərkərdəsi idi-Tural İsmayılov- ÖZƏL

"Bu gün dövlətçiliyimiz məhz Ulu Öndərin siyasi irsinin yolu ilə inkişaf edir" Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib: 
"Ümummilli Lider Heydər Əliyevin ideyaları təkcə dövlətçiliyin  deyil, xalqın varlıq və inkişaf fəlsəfəsidir. Azərbaycan xalqı onun ölkəmizə qazandırdığı töhfələri heç bir zaman unutmayacaq. Ulu Öndər respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi: "Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunub. Siyasi plüralizm hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır. "
Ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsinə, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sırasında Azərbaycan Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanı əhəmiyyətli yer tutur.
Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Müstəqil Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunu  özünün inkişaf yolunu seçib.
 Ölkəmizdə ölüm hökmünün ləğvi və bir sıra vacib qərarlar dünya üçün örnək rol oynadı. Xoşbəxt xalqıq ki, bizim Ulu Öndərimiz Heydər Əliyev olub və onun siyasi irsi layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Türk dünyasının yeni erasını başladan böyük qurtuluş sərkərdəsi idi. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31