Seçkilərdə xalqımız Qarabağın Fatehi İlham Əliyevin yanında olacaq- ÖZƏL
12 Dekabr 2023 13:06 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Növbəti il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bir sıra özəlliyi ilə fərqlənir.Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib: "Əlbəttə ki, bütün bunlara görə növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə şərəflə dalğalanır. Bu mənada 7 fevral seçkiləri Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkilərdə xalqımız Qarabağın Fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək".